31 Oktyabr

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.

Belə ki, indiyə qədər İH-nin sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nin üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.

Bundan başqa, indiyə qədər İH-nin üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib.

© Report