31 Oktyabr

“ABB-Moskva” fəaliyyətini bərpa edəcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi, “ABB-Moskva” fəaliyyətini bərpa edəcək.

Fins.az xəbər verir ki, bu barədə qərar ABB-nin səhmdarlarının dekabrın 25-də keçirdiyi ümumi yığıncağında qəbul edilib.

Məlumatda ABB-nin İdarə Heyəti tərəfindən Zaur Qaraisayevin “ABB-Moskva”nın İdarə Heyətinin sədri təyin olunduğu bildirilir.

Qeyd edək ki, ötən gün ABB-nin yaydığı məlumatda bildirilib ki, bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bununla belə, bank törəmə müəssisələrlə bağlı verdiyi qərarı açıqlamayıb.

© Report