Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Qərara əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdır. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam etmişdir. 2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.
Dayanıqlı makroiqtisadi çərçivə risklər balansında başlıca sabitləşdirici amildir. Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur. Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaqdır.
Müəllif: Xeybər Heydərov