31 Oktyabr

Bu Azərbaycan Bankının ABŞ-da, Avropada,Türkiyədə və Rusiyada müxbir bankları var

"AGBank"ın hansı ölkələrdə müxbir bankları var? Bu banklar hansı funksiyanı yerinə yetirir? Fins.az xəbər verir ki, bankdan bu suala cavab olaraq bildirilib ki, AGBankın ABŞ-da, Birləşmiş Krallıqda, Almaniyada, Avstriyada, İtaliyada, Türkiyədə və Rusiyada müxbir bankları var. Bu gün Bank xarici valyutalarda hesablaşmaların aparılması, ticarətin və müxtəlif layihələrin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatlarının aparılması sahəsində müxbir banklarla uğurlu bir əməkdaşlıq həyata keçirir.

2018-ci il ərzində Bank Avropa və Amerika Birləşmiş Ştatlarının qabaqcıl bankları ilə müxbir əlaqələri yaradıb.

Müəllif: Xeybər Heydərov