31 Oktyabr

İsveçdə 7 illik fasilədən sonra ilk dəfə uçot dərəcəsi artırılıb

İsveç Mərkəzi Bankı ("Riksbank") uçot dərəcəsini 25 faiz bəndi artıraraq - 0,25%-ə çatdırıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, 2011-ci ilin iyul ayından bəri ilk faiz artımıdır.

Xatırladaq ki, "Bloomberg” agentliyinin sorğusunda iştirak edən 24 iqtisadçıdan 10-u faiz artımı gözlədiklərini, 10 iqtisadçı isə - 0,5% səviyyəsində saxlanılacağını proqnozlaşdırmışdı.