Yaponiya Bankının (Mərkəzi Bank) 2018-ci il üzrə son iclasından sonra pul-kredit siyasətinin əsas parametrlərinin dəyişdirilməməsi barədə qərar qəbul olunub.
Fins.az bu barədə Report-a istinadən xəbər verir.
Qeyd edək ki, hazırda Yaponiyanın 10 illik müddətə dövriyyəyə buraxılmış dövlət istiqrazlarının illik gəlirliliyi 0% səviyyəsindədir. Odur ki, tənzimləyici qurum kommersiya banklarının depozitləri üçün müəyyən etdiyi faiz dərəcəsini -0,1% səviyyəsində saxlayıb.