"Bu Qərar bankların təminatsız kreditlərə yanaşmasını daha da sərtləşdirəcək"
Bunu İqtisadçı-ekspert Samir Əliyev “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”ndakı dəyişiklikləri şərh edərkən deyib.
Qeyd edək ki, ötən günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası sözügedən Qaydanı təsdiq etmişdi.
Ekspert bildirib ki, aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması üzrə yeni qaydalar daha çox beynəlxalq standartlara uyğunlaşdırılıb. "Əgər əvvəllər aktivlərin təsnifləşdirilməsi kreditin növünə (istehlak, restrukturizasiya olunmuş) görə aparılırdısa, yeni Qaydada əsas yanaşma təminatlı və təminatsız kreditlərə münasibətlə bağlıdır. Bundan sonra təminatlı kreditlər üçün daha yumşaq normativ tətbiq ediləcək. Məsələn, əvvəl təminatlı və təminatsız olmasından asılı olmayaraq gecikmə 270 gündən çox olduqda ümidsiz sayılırdısa və buna görə kreditin 100%-i həcmində ehtiyata ayırma tələb olunurdusa, indi təminatlı kreditlər daha 90 gün vaxt qazanıblar. Belə ki, təminatlı kreditlər ümidsiz kredit statusunu ancaq 360gündən sonra qazanır. Bu isə banklara imkan verəcək ki, ayırmaları 100% yox 50% etsinlər. Ehtiyata ayırmalar bir qayda olaraq bankları qorumağa xidmət etsə də, onların əlindəki pulu kreditə yönəltmək imkanını məhdudlaşdırırdı. Bu dəyişiklik banklara dəstək olmaqla yanaşı onları daha çox təminatlı kreditlərə stimullaşdıracaq. Onsuz da devalvasiyadan sonra banklar təminatlı kreditlərə üstünlük verirdi. Bu Qərar bankların təminatsız kreditlərə yanaşmasını daha da sərtləşdirəcək".
S. Əliyev bildirib ki, digər dəyişiklik kreditin valyuta növünə əsasən təsnifləşdirməni nəzərdə tutur: