Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12281,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ümumi kredit portfelinin 9779,1 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,8 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1698,6 milyon manat olub və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.