Ekspertlər bildirirlər ki, ölkədə istehlak kreditnə tələb olduqca azalıb. Bəs buna səbəb nədi? Fins.az-ın sualını cavablandıran Vüqar Bayramov buna iki əsas səbəbin olduğunu bildirdi.
Onun sözlərinə görə, 2014-cü ilədək Azərbaycanda kredit bazarında kreditə çıxış imkanları artan idi amma bahalı idi. Birvaxt vətəndaşların bahalı kreditlərə asan çıxışı var idi. Bu da təbii ki, prolemli kreditlərdə artımlarla müşahidə olundu. Amma artıq istehlak kreditlərinə maraq xüsusən də əvvəlki vaxtlarla müqayisədə olduqca azdır. Bir tərəfdən ötən müddətdə korlanan kredit tarixçələri , digər tərəfdən isə vətəndaşların istehlak kreditlərinə maraq göstərməməsidir. Bu da kredit faizlərinə təsir göstərir. Çünki tələb azaldıqca faizlər aşağı salınır. Manatın 2017-ci ildən sonrakı məzənnəsinin dəyişməməsi manatla kreditə olan marağı fomalaşdırmasına baxmayaraq amma yenə də kredit götürənlər azdır.
Müəllif: Xeybər Heydərov