31 Oktyabr

Azərbaycanda bankların filial və şöbələri azalmağa başlayıb

Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 508 olub.

Fins.az xəbər verir ki, bu, aylıq müqayisədə 3 vahid azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 48 vahid azalıb.

Oktyabrda bank şöbələrinin sayı da 3 vahid azalaraq 140 olub. Bununla belə, illik müqayisədə bu rəqəm 2 vahid azdır.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən bank filiallarının sayında ilk dəfə olaraq dəyişiklik oktyabrda müşahidə olunub. Şöbələrin sayı isə fevraldan sonra ikinci dəfədir ki, dəyişir.