2018-ci ilin oktyabr ayı ərzində bank sektorunun aktivləri 1.7% (488.4 milyon manat), öhdəlikləri 1.7% (429.2 milyon manat), balans kapitalı isə 1.4% (59.2 milyon manat) artıb.
Oktyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (551.6 mln. manat) artım olub.
Fins.az xəbər verir ki, MBNP hazırladığı hesabat tarixinə fiziki şəxslərin əmanətləri 8 milyard 57.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 10 ayında fiziki şəxslərin əmanətləri 6.8% artıb.
Bank sektoru cari ilin 10 ayı ərzində 581.8 manat manat əməliyyat mənfəəti, 238 milyon manat xalis mənfəət generasiya edib.
Müəllif: Xeybər Heydərov