2018-ci il noyabrın 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.
Fins.az Report-a istinadən xəbər verir ki, hesabat dövründə bankların AMB-dəki müxbir hesablarında 2 mlrd. 455,6 mln. manat olub. Bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 47,1 mln. manat və ya 1,96% artıb.
Ümumiyyətlə ilin əvvəlindən bankların AMB-də müxbir hesabları 423,4mln. manat və ya 20,83% artıb, son 1 ildə isə 141,7 mln. manat və ya 5,46% azalıb.
Qeyd edək ki, bu ilin əvvəlində bankların AMB-də müxbir hesabları 2 mlrd. 32,2 mln. manata bərabər olub.