31 Oktyabr

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitləri 2% azalıb

Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitlərinin həcmi azalıb.

Fins.az Report-a istinadən xəbər verir ki, 2018-ci il noyabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitləri 82,2 mln. manat olub.

Bu, sentyabr ayı ilə müqayisədə 2 mln. manat və ya 2,38% azdır.