31 Oktyabr

Rusiyalı nazir rublun məzənnəsini müəyyənləşdirəcək amilləri açıqlayıb

"Rusiyanın mili valyutası - rublun məzənnəsini Rusiya Bankının (Mərkəzi Bank) valyuta alışını bərpa etməsi deyil, gələn ilin əvvəlindən ölkəyə kapital axınının həcmi müəyyən edəcək".

Fins.az Report-a istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin 2019-cu ildə rublun məzənnəsinə təsir edəcək amilləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, hazırda rublla bağlı proqnoza yenidən baxmağa ehtiyac yoxdur.

“Proqnoza yenidən gələn ilin aprel ayında baxacağıq”, - deyə M.Oreşkin qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Sberbank”ı rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.