31 Oktyabr

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinə dair qərarını açıqladı

Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsinin indiki – 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldur.

Xatırladaq ki, TMB-nin bu il sentyabrın 13-də keçirilmiş iclasında 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.