31 Oktyabr

Ən çox kreditlər bölgələrdəki sahibkarlara verilib

Sahibkarlığın İnkşafı Fondu ən çox paytaxta fəliyyət göstərən sahibkarlara maliyyə ayrır yoxsa regionlarda öz işini qurmuş sahibkarlara? Fins.az bu sualına Sahibkarlığın İnkişafı Fondu Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayev belə cavab verib. Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində verilmiş kreditlərin 67.7 %-i Azərbaycanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən sahibkarlara, 33.3 %- i Bakı və ətraf qəsəbələrdə öz işini qurmuş sahibkarlara verilib.

Maliyyə vəsaiti ayrılmış layihələr əsasən sənaye məhsullarının istehsalı və emalı, kənd təsərüfatı məhsullarının istehsalı,kənt təsərüfatı məhsullarının emalı sahələri ilə bağlı layihələr çoxluq təşkil edir. İnfrastruktur layihələri, taxıl anbarları, soyuducu anbarlar, logistika mərkəzləri də əsas prioritetlərimizə daxildir deyə Mahir Babayev bildirib.

Müəllif: Xeybər Heydərov