31 Oktyabr

Bu ilin 11 ayı ərzində sahibkarlara 144 mln manatdan çox kredit verilib

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu 2018-ci ildə neçə sahibkara ayırdığı maliyyənin məbləğini Fins.az-a açıqlayıb. Verilən məlumata görə, 2018-ci ilin 11 ayı ərzində 989 sahibkarlara 144 mln. 859 min manat kredit verilib. Sahibkarlığın İnkişafı Fondu Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayevin sözlərinə görə bu kreditlər hesabına 8678 yeni iş yerinin açılması nəzərdə tutulub. Fond rəsmisi qeyd edib ki,

kredit verilən sahibkarın işi həyata keçirilməsi müddətində monitorinq olunur. Bunun üçün bizim Ekspertiza və layihələrin monitorinqi şöbəsi var. Həmin şöbənin əməkdaşları hər bir layihə üzrə monitorinqlər həyata keçirir. Bununla yanaşı müvəkkli banklar bizə il ərzində iki dəfə müəyyən forma üzrə hesabat verir deyə Mahir Babayev bildirib.

Müəllif: Xeybər Heydərov