Yeni İldən avtomobillərin mühərriklərinə görə rüsumların artması əhali arasında maşınlara olan marağı artırıb. Marağın artmasını təkcə maşın bazarında alıcı marağı deyil eyni zamanda banklara avtomobil üçün artan müraciət saylarında da görmək olar. Təbii ki, tələblə bağlı banklar tərəfindən verilən avto kreditlərin məbləği də artıb. Fins.az-a Rabitəbankdan verilən məlumata görə, təkcə noyabr ayı ərzində bank 1 mln manata yaxın avtomobil krediti verib.
Verilən məlumata görə, son 3 ay ərzində avtomobil kreditinə maraq hiss olunacaq dərəcədə artıb. Belə ki, Rabitəbank-dan verilən məlumata görə ötən ayla müqayisədə noyabr ayında avtomobil krediti götürənlər 20% artıb.
Məlumat üçün bildirək ki, tələbdən irəli gələrək Rabitəbank sərfəli şərtlərlə avtomobil krediti proqramını təklif edir.Avtomobil kreditinin şərtləri isə aşağıdakı kimidir.
Kreditin obyekti - İstehsal tarixindən 1 il keçməmiş yeni avtomobillər
Müştərinin yaş həddi - 22 – 65 yaş
Müddət - 36 aya qədər
İlkin ödəniş - Avtomobilin dəyəri 30 000 AZN-dək olduqda 50%
- Avtomobilin dəyəri 30 000 AZN-dən çox olduqda 40%
Kreditin faiz dərəcəsi: 3-12 ay - 16 %
13-24 ay - 18%
25-36 ay - 19%
Komissiya - 1 %
Kreditin valyutası - AZN
Ödəniş qrafiki - Annuitet
FIFD - 19.9 % -dən başlayaraq
Müəllif: Xeybər Heydərov