İqtisadçı ekspert Elman Sadıqov gələn illə bağlı Azərbaycan banklarının vəziyyətini proqnoz edərkən bildirb ki, gələn il bankların vəziyyəti daha çox real sektroun vəziyyətindən və manatın məzənnəsindəki stabillikdən asılı olacaq.
Ekspertin fikrincə gələn ildə bank sektorunda hər hansı ciddi ajiyotaj gözlənilmir. Fikrimcə bank sektoru növbəti ildə də bu şəkildə davam edəcək. 2019-cu ildə bank sektoruna bir kömək yardım olarsa inkişaf bir qədər də sürətlənəcək deyə Elman Sadıqov bildirib.
Kreditləşmə bu şəkildə davam edərsə 2019-cu ildə bu sahədə aktivləşmənin şahidi olacayıq. Mənfiyə doğru heç bir dəyişiklik gözlənilmir. Hesab edirəm ki, banklar artıq pis günləri geriqə qoyublar.
3 il əvvələ baxanda 2019-cu il banklar üçün daha rahat il olacaq
Cəfər İbrahimli bankların son problemlərdən sonra bir hissəsi kapitalı artırdılar. Bir hissəsi problemli kreditlərin bir hissəsini geri qaytara bildilər. Hansı ki, bu kreditlər onların kapitallarına təsir edirdi. Bu sözləri 2019-cu ildə bankların vəziyyətlərini şərh edərkən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.
Bundan başqa 2018-ci ildə banklarda əməliyyat gəlirləri olduğu müşahidə olunur. Bankların gəlirlə işlədiklərinin şahidi oluruq. Sevindirici haldır ki, çox az bankın kapital məbləğində sıxıntı var.
“Son bir ildə Azərbaycanda bank bağlanmayacaqsa banklar toparlanacaq”. Bu dediklərimiz sübut olundu göründüyü kimi də bu il ərzində heç bir bank bağlanmadı və banklarda ili normal göstəricilərlə başa vurmaqdadırlar.
Banklarda gəlir və toplanmalar müsbət istiqamətdə davam edir. 2019-cu ilə iki 3 bankın prodensial tələbləri ödəməmiş keçəcəyi görünür. Lakin bu banklarda da ciddi bir təhlükə yoxdur. Hesab edirəm ki , bu banklar da kapitallarını artırmaqla və ya problemli kreditlərini sağlamlaşdırmaqla bu problemin öhdəsindən gələcəklər.
Bundan başqa bu gün banklarda kifayət qədər likvid vəsait var. Bu vəsaitlərin kreditləşməsində yəni iqtisadiyyata açılmasında bir qədər problemlər var. Əgər kredit verilmə prasedurları sadələşdirilsə və ya yaxud da mövcud problmeli kreidtlərlə bağlı həm şirkət həm də fiziki şəxslərə müəyyən tənziimləmə düzəlişlər olsa daha yaxşı olar. Bundan başqa beynəlxalq təşkilatlar da 2019-cu ildə Azərbaycan iqtisadiyyatının böyüyəcəyini proqnoz edirlər. Büdcə aspektindən də baxsaq görərik ki, büdcədə də yetərincə investisiya yönümlü vəsait ayırmalar var ki, bu da iqtisadi aktivliyin artması anlamına gəlir. Bu iqtisadi aktivliyin artması fonunda banklar mənfəətliliyini artırma ehtimalı daha da yüksəkdir.
Müəllif: Xeybər Heydərov