31 Oktyabr

“Son bir ildə Azərbaycanda bank bağlanmayacaqsa banklar toparlanacaq” - "Dediklərimiz oldu"

Cəfər İbrahimli: Banklar son problemlərdən sonra bir hissəsi kapitalını artırdılar. Problemli krditlərin bir hissəsini geri qaytara bildilər. Hansı ki, bu kreditlər onların kapitallarına təsir edirdi. Bu sözləri iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

2018-ci ildə banklarda əməliyyat gəlirləri olduğu müşahidə olunur. Bankların gəlirlə işlədiklərinin şahidi oluruq. Sevindirici haldır ki, çox az bankın kapital məbləğində sıxıntı var.

“Son bir ildə Azərbaycanda bank bağlanmayacaqsa banklar toparlanacaq”. Bu dediklərimiz sübut olundu göründüyü kimi də bu il ərzində heç bir bank bağlanmadı və banklarda ili normal göstəricilərlə başa vurmaqdadırlar deyə iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

2019-cu ilə iki 3 bank prodensial tələbləri ödəməmiş keçəcək

Banklarda gəlir və toplanmalar müsbət istiqamətdə davam edir. 2019-cu ilə iki 3 bankın prodensial tələbləri ödəməmiş keçəcəyi görünür.Lakin bu banklarda da ciddi bir təhlükə yoxdur. Hesab edirəm ki , bu banklar da kapitallarını artırmaqla və ya problemli kreditlərini sağlamlaşdırmaq bu problemin öhdəsindən gələcəklər deyə ekspert bildirib.

Müəllif: Xeybər Heydərov