Böyük Britaniyanın baş naziri olan Tereza Mey Brexit məsələsinə aid səsverməni təxirə salması qərarı milli valyutanın dəyərdən düşməsinə gətirib çıxardı. Banker.az “Vesti Ekonomika”ya istinadən xəbər verir ki, Böyük Britaniyanın AB-ni ümumiyyətlə heç bir razılaşma əldə etmədən tərk etməsi riski sərmayəçiləri qorxuzdu.
Nəticədə, ingilis funtu 2017-ci ildən bəri ən aşağı qiymətə düşüb – bir funt $1,2507 bərabərdir.
Lakin, funtun bu qədər dəyərdən düşməsi dollar üçün sərfəli şərait yaradıb.
“ABŞ-da gəlirliliyin aşağı düşməsi nəticədə dollarların dəyərdən düşməsinə səbəb olacaq, amma yəqin ki, indi yox”, – deyə IG Securities-in valyuta strategisti və analitiki Cunyiti İsikava bildirib.
Baş vermiş hadisədən avro da qazanmış oldu, hal – hazırda bir avro $1,1365 bərabərdir. Avropanın vahid valyutası Fransada baş verən iğtişaşların göstərdiyi təzyiqlərə baxmayaraq, funta qarşı da öz mövqeyini möhkəmləndirib.
© Banker.az