Banklar nağdlaşdırmaya görə nə qədər komissiya haqqı tutur? Fins.az bu suala cavab tapmaq üçün araşdırma aparıb. Araşdırma zamanı bəlli olub ki, əgər banka köçürülmə elə pulu nağdlaşdıran tərəfindən edilibsə və hesabdan nağdlaşdırma həmin gün baş verirsə o zaman bu xidmətə görə əksər banklarda heç bir kamissiya haqqı tutulmur.
Bankların nağdlaşdırmaya görə tutduğu komissiya faizləri isə aşağıdakı kimidir
AccessBank
Manatda olan cari hesabdan nağdlaşdırmaya görə, tutulan komissiya haqqı 0.7%
Kart hesabından nağdlaşdırmaya görə - 1%
AGBank
Manatda cari bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı 0.5%
Xarici valyutada bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı 0.7%
Kart hesabından nağdlaşdırmaya görə - 1%
Amrahbank
Manatda cari bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı 0.5%
Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 1%
AtaBank
Manatda cari hesabdan nağdlaşdırmaya görə, fiziki şəxslərdən 0.8% , hüquqi şəxslərdən 0.7% komissiya haqqı tutulur
Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 0.8%
AtaBankın plastik kartları vasitəsi ilə bankomatdan nağdlaşdırlma zamanı komissiya tutulmur
Azərbaycan Beynəlxalq Bank
Manatda olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5% komissiya haqqı tutulur
Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 0.6%
Kart hesabından nağdlaşdırmaya görə, isə 1% tututlur
Azər Türk Bank
Manatda və xarici valyutada olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5% komissiya haqqı tutulur.
Kartla nağdlaşdırmaya görə isə - 1%
Bank Avrasiya
Manatda və xarici valyutada olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5%, kartdan nağdlaşdırmaya görə, isə 1% tutulur.
Bank of Baku
Cari hesabdan həm manatda həm də xarici valyutada nağdlaşdırmaya görə, 0.7% komissiya haaqqı tutulacaq.
Məlumat üçün bildirək ki, Bank of Bakunun Bolkart, Debet və maaş kartlarından nağdlaşdırmaya görə komissiya tutulmur
Bank BTB
Manatda cari hesabdan nağdlaşdırmaya görə, fiziki şəxslərdən manatda və dollarda 1.5 % komissiya haqqı tutulur. Kart hesabından nağdlaşdırmaya görə, isə 1% tutulur.
Bank Respublika
Manatda cari hesabdan manatda nağdlaşdırma 0.5% , xarici valyutada nağdlaşdırma isə 0.8%dir. Kart hesabından nağdlaşdırma zamanı isə 1% komissiya tutulur.
Premium Bank
Valyutadan asılı olmayaraq cari hesabdan nağdlaşdırmaya görə, 0.5%, kart hesabdan nağdlaşdırmaya görə, 0.7% komissiya haqqı tutulur.
Bank VTB Azərbaycan
Cari hesabdan manatda və xarici valyutada olan nağdlaşdırmaya görə, 1 % tutulur.Kart hesabından nağdlaşdırma zamanı isə 1% kamissiya haqqı tutulur .
Xalq Bank
Cari hesabdab manatda və dollarda nağdlaşdırmaya görə, 0.5% tutulur. Kart hesabından nağdlaşdırmaya görə isə 1 % tutulur.
Bank Melli İran
Cari hesabdan manat nağdlaşdırma zamanı 0.5% , xarici valyutada isə 1% komissiya haqqı tutulur. Kart hesabından nağdlaşdırma 1% dır.
NBC Bank
Manatda nağdlaşdırma 0.5%, xarici valyutada nağdlaşdırma 0.6% komissiya haqqı tutulur. Bankın kartı vasitəsi ilə qeyri-rezident bankların bankomatından nağdlaşdırmaya görə isə maksimim kamissiya haqqı 2% tutulur.
Nikoil Bank
Cari hesabdanistənilən valyutada nağdlaşdırma 0.6%, kart hesabından nağdlaşdırma 1.5% təşkil edir.
Rəbitəbank
Cari hesabdan həm manatda həm də dollarda nağdlaşdırma 0.6%, kart hesabından nağdlaşdırma isə 0.5% təşkil edir.
Turanbank
Cari hesabdan nadğlaşdırma manatda 0.6%, kart hesabdan nağdlaşdırma 0.8% Kart hesabından nağdlaşdırma isə 1% manatda, 1.5% isə xarici valyutada komissiya tutulur.
Kapital Bank
Cari hesabdan nağdlaşdırmaya görə, 0.6%, kart hesabından nağdlaşdırmya görə, 1% komissiya haqqı tutulur.
Qeyd edək ki, əksər banklarda olduğu kimi əgər pul nağdlaşdırılan hesaba pul elə nağd şəkildə yerləşdirilibsə o zaman nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
PAŞA Bank
Cari hesabdan hüquqi və fərdi sahibkarlardan nağdlaşdırmaya görə, 0.8% kamissiya haqqı tutulur. Kartla nağdlaşdırma zamanı isə 1% kamissiya haqqı tutulur.
Yapı Kredi Bank
Cari hesab manatda nağdlaşdırma 0.6%, xarici valyutada 0.8%, kart ilə nağdlaşdırma zamanı isə 0.6% təşkil edir.
Sonda onu da qeyd edək ki, vöenə bağlı kartlarda nağdlaşdırma zamanı əlavə olaraq 1% vergi tutulur.
Müəllif:Xeybər Heydərov