31 Oktyabr

Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,54%təşkil edib.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5% olub.

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il noyabrın 1-nə 8 140 mln. manat təşkil edib ki, bunun da 5 171,9 mln. manatı xarici valyutada yerləşdirilib.

Eləcə də bax: 4 bank Mərkəzi Banka borcunu tam qaytarıb

© Report