31 Oktyabr

Depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Fins.az xəbər verir ki, hərracda tələb 1 mlrd. 079,9 mln. manat, hərracın nəticəsində bağlanan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulurdu.