Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Fins.az xəbər verir ki, hərracda tələb 1 mlrd. 079,9 mln. manat, hərracın nəticəsində bağlanan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulurdu.