31 Oktyabr

“BOKT Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazlar BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.

3 dekabr, 2018-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1. 000. 000 mln AZN həcmində istiqrazlarınınticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.

Yeni tranşla buraxılan istiqrazlar üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində BFB-də ticarətə buraxılmışdır.

İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarət əburaxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri

Q/k-ın hərrac qiyməti

1

AZ2002020603

Faizli təmin edilməmiş

1 000

(ədəd)

03.12.2018

1000 AZN

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.