Ötən ildən bu yana ölkəmizdə fəaliyyət göstərən bankların heç də hamısı vətəndaşların inamını qazana bilməyib. Belə ki, 2017-ci ildən bu günə kimi bəzi banklar demək olar ki, depozit cəlb edə bilməyiblər. Fins.az-ın apardığı araşdırmadan belə bəlli olur ki, cari ilin son rübünə görə siyahının “liderləri” Pakistan Milli Bankının Bakı filialı, Bank Melli İranın Bakı filialı, Bank VTB Azərbaycan, Bank Avrasiya və “Gunaybank“dır. Onların 2018-ci ilin 3 rübünə cəlb etdiyi depozitlərin məbləği aşağıdakı kimidr:
(Mln manatla)
GunayBank 69.8 manat
Bank Avrasiya 53.7 manat
Bank VTB Azərbaycan 49.6 manat
Bank Melli İran Bakı filialı 8.7 manat
Pakistan Milli Bankı Bakı filial 0.5 manat
Məlumat üçün bildirək ki, adları qeyd olunan bu banklar ötən ilin son rübündən bu yana ən az depozit cəlb edən banklardı.
BANKLARIN RÜBLƏR ÜZRƏ DEPOZİTLƏRİNİN HƏCMİ (MLN. MANAT)
Müəllif: Xeybər Heydərov