"Bu gün rublun məzənnəsi neftin qiymətinin artıb-azalmasından asılı deyil".
Fins.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov bildirib.
“Mülayim sərtlikdə büdcə və pul-kredit siyasəti nəticəsində ölkədəki proqnozlaşdırıla bilən vəziyyət yaranıb. İndi məzənnənin neftin qiymətindən asılılığı yox dərəcəsindədir”, – nazir deyib.
Onun sözlərinə görə, büdcə profisiti sayəsində Rusiyaya qarşı sanksiyaların təsiri yumşaldılır.
Eləcə də bax: Əhalinin banklardakı əmanətləri 16,8 faiz artıb
©Report