31 Oktyabr

“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının sabiq departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib.