Doqquz ayda Azərbaycana daxil olan pul baratları 998 milyon ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, bu ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
İlkin rəqəmlərə əsasən, 9 ayda ölkəyə daxil olan pul baratları 998 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 milyon manat və ya 32,2 faiz çoxdur.
Eləcə də bax: Gələn həftəyə dolların məzənnəsi məlum olub
©Azərtac