5 bankın aktivləri 1 milyard manatdan çoxdur. Fins.az Bankların açıqladığı hesabata istinadən xəbər verir ki, ölkəmizdə 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" 8 320,262 milyon manat, "PAŞA Bank" 4 332,01 milyon manat, "Kapital Bank" 3 457,534 milyon manat, "Xalq Bank"dır 1 941,013 milyon manat və "Azərbaycan Sənaye Bankı"dır 1 007,197 milyon manat
Digər 25 bankdan 10-nun aktivləri 0,5 - 1 milyard manat arasında, 14 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,747 milyon manatdır.
Eləcədə Bax: Azərbaycanda aktivi az və çox olan banklar - Renkinq