31 Oktyabr

İslam İnkişaf Bankının regional direktoru Bakıya gələcək

İslam İnkişaf Bankının (İİB) Türkiyədəki regional xabının regional direktoru Saleh Elassi dekabrın 10-11-də Bakıya səfər edəcək.

Fins.az xəbər verir ki, bu barədə Bankdan bildiriblər.

S.Elassi səfər çərçivəsində Azərbaycandakı tərəfdaşlarla iki layihənin reallaşdırılmasını müzakirə edəcək.

Bu layihələr "Milli su təchizatı və sanitariya" və "Rayonların kompleks inkişafı" adlanır. Eləcə də gələcək əməkdaşlıq perspektvləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanda İslam İnkişaf Bankına 1992-ci ildə qoşulub.

©Milli.Az