31 Oktyabr

Dövriyyədə 6.3 milyondan artıq bank kartı var

Hazırda dövriyyədə 6.3 milyondan artıq bank kartı mövcuddur. Eyni zamanda, banklar 6.2 milyondan artıq müştəriyə və 17.5 milyona yaxın müştəri hesabına davamlı olaraq xidmət göstərir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev III Beynəlxalq Bankçılıq Forumunda deyib.

"Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bütövlükdə və ayrıca götürülmüş bank sektoru yeni yüksək texnologiyalara əsaslanan xidmət və işlərin tətbiqinə tam hazırdır. Hesab edirik ki, dövlət proqramlarının reallaşması ilə maliyyə texnologiyalarının tətbiqi yaxın 2 il ərzində 2 dəfədən çox artacaq. Bu da ki, təbii olaraq bank sektorunda kəskin rəqabət mühiti formalaşdıracaq", - deyə Z.Nuriyev qeyd edib.