ABA sədri Zakir Nuriyev Bankçılıq firumunda çıxışı zamanı qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının cəmi aktivləri 4,6% artaraq 29,2 mlrd. manata, o cümlədən kredit portfeli 5% artaraq 11,9 mlrd. manata yüksəlib. 9 ay ərzində əhalinin banklardakı əmanətləri 8,4% artaraq 8,2 mlrd. manata çatıb. Sektorun kapitallaşması da əhəmiyyətli dərəcədə artıb. Hazırda bank sektorunun inkişafı üçün yeni drayverlərə ehtiyac var. Rəqəmsalllaşma bu drayverlərən biri ola bilər”.
Müəllif: Xeybər Heydərov