31 Oktyabr

Bu gün Fed faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatacaq.

Fins.az xəbər verir ki, Fed Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır.

İqtisadçılar Fed-in faiz dəyişikliyinə getməyəcəyini və faizi 2,25-də saxlayacağını gözləyirlər.

ABŞ iqtisadiyyatında güclü iqtisadi artım və inflyasiyanın yüksəlməyə başlaması ilə 2018-də üç dəfə faiz artıran Fed-in, Dekabr ayında da faiz artıracağı gözlənilir. Fed rəsmilərinin proqnozuna görə, 2019-da daha iki dəfə faiz artırlacaqdır.

Analitiklər bildirirlər ki, Fed-in "şahin" mövqeyini qoruması dolları böyük bir ehtimalla dəstəkləyəcəkdir. İnflyasiya təzyiqinin artması və iqtisadiyyatın həddən artıq "qızması" riski səbəbilə ABŞ-da faizin artırılmasına ehtiyac var.

Vaxt

Valyuta

Hadisə

Proqnoz

Əvvəlki

23:00

USD

Federal Açıq Bazar Komitəsinin (FOMC) Açıqlaması

23:00

USD

Federal Fond Hədəf Nisbəti

©marja