31 Oktyabr

Türkiyə iqtisadiyyatını gələcək rüblərdə "sərt kiçilmə" gözləyə bilər

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's İnvestor Service", Türkiyə iqtisadiyyatının durğunluğa başvurduğunu bildirib. Agentlik Türkiyənin 2019-cu ilin ortasına qədər hər rübdə geriləyəcəyini proqnozlaşdırır. Həmçinin məlumatda vurğulanır ki, Türkiyə iqtisadiyyatı xarici şoklara həssas olacaq. Türkiyə və Argentina iqtisadiyyatlarında gələcək rüblərdə "sərt kiçilmə" baş verə biləcəyi də istisna edilmir.