Çinin qızıl ehtiyatları analitiklərin proqnozlaşdırdığı azalmadan da çox olub. Ekspertlər bunu yuanın ucuzlaşması ilə əlaqələndirirlər.Fins.az Reuters-ə istinadən xəbər verir ki, Çinin ABŞ la ticarət fonu fonunda “Şərq Əjdaha”sının valyuta ehtiyatları oktyabrda 18 aylıq minimuma düşüb. Çinin valyuta ehtiyatları 33.93 milyard dollar azalaraq 3.053 trilyon dollar olub. Sonuncu dəfə Çinin valyuta ehtiyatlarının bu qədər minumuma enməsi 2016-cı ilin sentyabrda olmuşdu. O zaman bir gün ərzində ölkənin valyuta ehtiyatları 22.69 milyard dollar maliyyə itkisi ilə üzləşmişdi.
Çində valyuta ehtiyatlarının azalmasını şərtləndirən amillərdən biri kimi də qlobal aktivlərin dəyəri və dollar indeksinin artımı ilə əlaqələndiriblər
Müəllif: Xeybər Heydərov