Çin ötən ay milli valyutası olan yuanı qorumaq üçün valyuta ehtiyatlarından 32 mlrd. dollar pul xərcləyib.
Fins.az xəbər verir ki, bu rəqəm son 2 ildə Çinin iqtisadiyyatının taleyi ilə bağlı narahatlıq keçirməsini sübut edən və bir ay ərzində qeydə alınan ən yüksək göstəricisidir.
Qeyd edilib ki, bu rəqəmin açıqlanması Çinin ABŞ-la ticarət müharibəsində devalvasiyadan silah kimi istifadə edəcəyi barədə narahatlıqları azaldıb.
Lakin digər tərəfdən Çin Mərkəzi Bankı ehtiyatları xərcləmədən valyutanın stabilliyini qoruyub saxlamağa çalışır.
Analitiklər hesab edir ki, hakimiyyət rəsmiləri bir dolların 7 yuandan baha olmasını istəmir. Qeyd edək ki, bu gün bir dollar 6,93 yuan dəyərində olub.