Fins.az-ın məlumatına görən Çin Mərkəzi Bankının (PBOC) məlumatına görə, Çinin valyuta ehtiyatı Oktyabr ayının sonunda 3 trilyon 87 milyard dollar olub. "Bloomberg"in sorğusuna qatılan 22 iqtisadçının proqnozları 3 trilyon 34 milyard dollar ilə 3 trilyon 80 milyard dollar arasında dəyişirdi. Çinin valyuta ehtiyatı Sentyabr ayının sonunda da 3 trilyon 87 milyard dollar idi.