Azərbaycan Mərkəzi Bankının İnzibati Departamentinin rəhbəri dəyişib. Fins.az Report-a istinadən xəbər verir ki, Əbülfəz Nuru oğlu Axundovu Murad Firdovsi oğlu İsgəndərli əvəz edib. Ə.Axundovun pensiyaya çıxdığı, F.İsgəndərlinin isə indiyə qədər AMB-nin əməkdaşı olduğu bildirilir.