31 Oktyabr

Bakıda telefon vasitəsilə maşını park etmək mümkün olacaq

"Bizim tətbiq edəcəyimiz parkinq sisteminin məqsədi nağdsız ödənişləri təşviq etməkdir".

Eləcə də bax:Elastik ekranlı ilk smartfon nümayiş olunub

Fins.az xəbər verir ki, bunu Bakı Nəqiyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V.Kərimlinin sözlərinə görə, yeni sistemdə həmçinin, telefon vasitəsilə avtomobilin ölçülərinə uyğun yer sifariş etmək mümkün olacaq.

“Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar yer alsın. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bugünün informasiya və kommunikasiya texnologiyalarına cavab verəcək”, - deyə V.Kərimli vurğulayıb.

©Modern