31 Oktyabr

Krediti dükandan yoxsa Bankdan götürmək daha sərfəlidir ?

Əvvəllər bankdan vəsaitin cəlb edilməsi daha sərfəli idi. İndi isə kommersiya banklarının kredit şərtləri xeyli ağırlaşıb ona görə də,indiki halda əgər məişət avadanlığı satan dükan daxili kredit təklif edirsə və banklardan daha sərfəlidirsə onda dükanlardan kredit götürmək daha sərfəlidir. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Dükanlar da kreditin təşkil edilməsi üçün banklarla müəyyən razılığa gəlirlər deyə ekspert bildirib. Həmçinin əksər dükanlar məhsulunu satmaq üçün çox sənəd tələb etmirlər.

Müəllif: Xeybər Heydərov