31 Oktyabr

2030-cu ilədək ənənəvi bankları nə gözləyir?

12 il sonra maliyyə təşkilatlarının 80%-i ya fəaliyyətini dayandıracaq, ya da dəyişən müştəri davranışları, texnologiyadakı yeniliklər fonunda rəqabətə davam gətirə bilməyəcəklər.

İnsider.az xəbər verir ki, bu barədə “Gartner” tədqiqat şirkətinin proqnozlarında bildirilib.

Qeyd edilib ki, “irsi maliyyə təşkilatları” yalnız formal şəkildə mövcuddur, effektiv şəkildə rəqabət aparmır.

Əlavə edilib ki, texnologiyanı iqtisadiyyat və biznes modeli yaratmaq üçün istifadə edən rəqəmsal platformalar, qeyri-ənənəvi oyunçular bazarda daha böyük pay sahibinə çevrilib.

Eləcə də bax:Azərbaycanda 2 kredit ittifaqının rəhbəri dəyişib

“Gartner” şirkətinin vitse-prezidenti və tanınmış analitiki Devid Furlonqer hesab edir ki, banklar 20-ci əsrin biznes və fəaliyyət modelini saxlamaqda davam etsələr, böyük risklə üzləşəcəklər.

Onun fikrincə, mövcud maliyyə xidməti provayderləri rəqəmsal platformalar yaratmaqla rəqəmsal biznesə sürətlə adaptasiya olunmalıdır.

“Garnter”ə görə, ənənəvi şirkətlərin yalnız 20%-i gələcəkdə qalib kimi qalacaq.

Şirkətin digər analitiki Pete Redşau isə düşünür ki, rəqəmsal platforması olan rəqiblərə qarşı zəif olan maliyyə xidmətləri öz varlığını qorumaq üçün fiziki şəkildə aktivlərə sahib olmalıdır.

©İnsider