Dünya birjalarında bu gün açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli göstəricilər öncəsi dolların qiymətlərində ucuzlaşma davam etməkdədir.
Eləcə də bax:Azərbaycanda aktivi az və çox olan banklar - Renkinq
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi artıq 1.14$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1232$-a ticarət edilməkdədir
Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
©marja