31 Oktyabr

"Expressbankda geniş struktur dəyişiklikləri və yeni təyinatlar olub

"Expressbank" ASC, həm pərakəndə, həm korporativ müştərilərə xidmət keyfiyyətini artırmaq məqsədilə struktur dəyişiklikləri həyata keçirib.

Fins.az xəbər verir ki, bankda yeni Biznes bankçılıq və Pərakəndə bankçılıqdepartamentləri yaradılıb və bu departamentlər, özlərinə aid satış və xidmət sahələrini tərkiblərində çəmləşdirir.

Bununla bağlı olan təşkilatı dəyişikliklər aşağıdakılardır:

Mehman Məmmədov İdarə Heyətinin sədr müavini təyin olunub. Yaşar Kərimov Pərakəndə bankçılıq departamentinin direktoru, Fərid Salahov isə onun müavini təyin olunub.

Bankda həmçinin, Ödəniş sistemləri və hesablaşmalar mərkəzi yaradılıb və mərkəzin başına Teymur Ağakişiyev təyin olunub. Mərkəz 2 departamenti birləşdirəcəkdir: Ödəniş sistemlərinin idarə edilməsi departamenti (Azər Rəsulov departament rəhbəri) və Hesablaşmalar departamenti (Pərvanə Şahmarova departament rəhbəri).

Biznes bankçılıq departamentinin direktoru vəzifəsinə Nicat Həmidov təyin olunub. Lalə Talıbova Biznes İnkişafı departamentinə departament direktoru müavini təyin olunub.

Dəyişikliklər nəticəsində, Kredit departamenti, Qeyri-kredit bank xidmətləri və məhsulları şöbəsi fəaliyyətini dayandırıb və bu sahələr üzrə iş yeni struktur bölmələrinə tapşırılıb. Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi (Ləman Şeyxəliyevanın rəhbərliyi ilə), Maliyyə əməliyyatları monitorinqi şöbəsi (Anar Əbiyevin rəhbərliyi ilə), Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması və uçotu şöbəsi (Gülnarə İslamovanın rəhbərliyi ilə) yaradılıb.