Çinin milli valyutası yuan dollar qarşısında 10 illik minumuma enib. Buna səbəb isə Ağ Evin yanvarda Çindən olan bütün idxala yüksək rüsumlu vergi tətbiq edəcəyi açıqlamadan sonra yuan sürətlə ucuzlaşıb. 1 dollar 6,9613 həddində formalaşıb. İlin əvvəlində Çin milli valyutası 6.5% ucuzlaşıb. Məlumata görə, noyabrda Donald Tramp və Si Çzinpinin görüşündə ticarət müharibəsində zəifləmə olmasa onda, vəzəiyyətin bir qədərdə gərginləşməsinə səbəb olacaq. Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin Xalq Bankı milli valyutanı stabilləşdirmək üçün valyuta ehtiyatlarını işə salacaq.
Çin Bankı üçün qorxulu hədd 1dolların 7 yuan olmasıdır. Çində hesab edirlər ki, yuanın bu həddə enməsi Çin valyutasının uçuruma yuvarlanması deməkdir.
Müəllif: Xeybər Heydərov