Fins.az Maliyyə Bazarlarına Nəzarət Platasına istinadən xəbər verir ki, sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub. Belə ki, bankların cəmi kredit portfeli 11,901.4 mln. manat təşkil edib.
Müəllif: Xeybər Heydərov