31 Oktyabr

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib. Fins.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Mərkəzi Bankı uçot faiz dərəcəsini 24% həddində saxlayıb.

Qeyd edək ki, sentyabr ayında keçirilən iclasda Mərkəzi Bank uçot dərəcəsini 17,75%-dən 24%-ə qədər artırmışdı. Qərardan sonra Türkiyədə TRY/USD nisbəti 5,68-5,70 həddində dəyişib.