“Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi 21,5% artıraraq 24,833 milyon manat olub.
Fins.az xəbər verir ki, 9 ay ərzində “Muğan Bank”ın faiz gəlirləri 30,186 milyon manat, faiz xərcləri 18,786 milyon manat, qeyri-faiz gəlirləri 12,884 milyon manat, qeyri-faiz xərcləri 19,336 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 4,297 milyon manat təşkil edib. Onu da qeyd edək ki, Bank mənfəət vergisi ödəməyib.
“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 650 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 4,627 milyon manat zərərlə çıxıb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 34,6% artaraq 491,485 milyon manata çatıb. Bunun 302,271 milyon manatı müştərilərdən alınmış depozitlərdir.