Çinin milli valyutası olan yuanın ABŞ dollarına nisbətdə son aylar zəifləməsi davam edir. Fins.az Banker.az-a istinadən xəbər verir ki, Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sisteminə istinadla xəbər verir ki, oktyabrın 25-də yuanın məzənnəsi 52 baza bəndi zəifləyib. Nəticədə yuanın məzənnəsi cari il ərzində ən aşağı səviyyəyə (1 ABŞ dolları – 6.9409 yuan) düşüb.